• $ 1.7
  • € 1.9999
  • ₽ 0.021972
  • ₺ 0.0396
  • £ 2.2941

"Qəbələ" təhlükəsizliklə bağlı UEFA-ya müraciət edəcək

07.08.2015 17:52
"Panatinaikos" kifayət qədər ciddi komandadır. Bilirdik ki, güclü komandalardan biri ilə düşəcəyik".
 
Bunu "Report"a açıqlamasında "Qəbələ" klubunun vitse-prezidenti Fariz Nəcəfov deyib.

Komandanın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi - Yunanıstanın "Panatinakos" klubu haqda fikirlərini bildirən vitse-prezident potensial rəqiblər arasında daha güclülərinin də olduğunu qeyd edib. O vurğulayıb ki, rəqib kifayət qədər uğuru olan komandadır: "Buna baxmayaraq, "Panatinaikos"u keçmək potensialımız var".

F.Nəcəfov III təsnifat mərhələsinin ilk oyununda Kiprdə "Apollon"la keçirilən qarşılaşmada yaşanan xoşagəlməz hadisələrə toxunaraq bu cür halların baş verməməsinə çalışdıqlarını deyib: "Klubumuzun iki nümayəndəsi - Zaur Əzizov və Səbuhi Səfiyarlı Nyonda püşkatmada iştirak ediblər. Püşkatmadan sonra onlar "Panatinaikos" rəsmiləri ilə bu məsələni müzakirə edirlər. Özüm də telefon əlaqəsi yaratmışam. Xoşagəlməz hadisələrin yaşanmamasına çalışırıq. Üstəlik, təhlükəsizlik məsələləri ilə bağlı UEFA-ya da müraciət edəcəyik. Həm "Qarabağ", həm də bizim ilk oyunumuz səfərdədir. Çalışacağıq ki, hər iki komanda eyni vaxtda səfərdə oynamasın. Lakin UEFA nə qərar versə, o da olacaq".

Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları avqustun 20-də keçiriləcək.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
İdman 22:59
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
İdman 19:58
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
İdman 17:32
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
İdman 10:30
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
İdman 23:38
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
İdman 20:06
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
İdman 23:14
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
UEFA Ukraynanı cəzalandırıb
İdman 18:30
UEFA Ukraynanı cəzalandırıb
Azərbaycan boksçusu Avropa çempionu olub
İdman 18:15
Azərbaycan boksçusu Avropa çempionu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol