• $ 1.7
  • € 1.9999
  • ₽ 0.021972
  • ₺ 0.0396
  • £ 2.2941

Prezident fərman verdi

Prezident fərman verdi
07.08.2015 21:36
Azərbaycan Prezidenti İlham Əliyev "Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən dövlət zəmanəti əsasında emissiya ediləcək istiqrazların buraxılması, həcmi, müddəti və ödənilmə şərtləri”nin təsdiq edilməsi haqqında fərman imzalayıb.

Fərmanda qeyd olunur ki, "Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən dövlət zəmanəti əsasında emissiya ediləcək istiqrazların buraxılması, həcmi, müddəti və ödənilmə şərtləri” təsdiq edilsin.

Nazirlər Kabinetinə bu fərmanla təsdiq olunmuş "Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən dövlət zəmanəti əsasında emissiya ediləcək istiqrazların buraxılması, həcmi, müddəti və ödənilmə şərtləri”nə uyğun olaraq "Aqrarkredit” QSC tərəfindən emissiya edilən istiqrazlara dövlət zəmanətinin verilməsini təmin etmək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Maliyyə Nazirliyinə isə bu fərmanda göstərilən istiqrazların mərhələli şəkildə həyata keçirilən emissiyasının və qiymətli kağızlar bazarında yerləşdirilməsinin nəticələri, həmçinin "Azərbaycan Beynəlxalq Bankı” ASC-nın maliyyə durumunun sağlamlaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi istiqamətində görülən işlər, eləcə də bank tərəfindən verilmiş və ödəmə vaxtı keçmiş kredit borclarının qaytarılması və problemli aktivlərin idarə edilməsi vəziyyəti barədə Azərbaycan Prezidentinə mütəmadi məlumat vermək tapşırılıb.

Qeyd edək ki, dövlət başçısının 15 iyul tarixli fərmanı ilə Maliyyə Nazirliyi və Azərbaycan Mərkəzi Bankına on beş gün müddətində "Azərbaycan Beynəlxalq Bankı” ASC-yə məxsus problemli aktivləri müəyyən etmələri və həmin aktivlərin mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxarılması və dövlətə məxsus "Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının (bundan sonra - "Aqrarkredit” QSC) idarəetməsinə verilməsi üçün tədbirlər görmələri tapşırılıb.

Bu fərmanda nəzərdə tutulmuş aktivlərin "Aqrarkredit” QSC tərəfindən alınmasının və idarə edilməsinin maliyyələşdirilməsi dövlət zəmanəti əsasında uzunmüddətli, aşağı faizli borc istiqrazlarının "Aqrarkredit” QSC tərəfindən emissiya edilərək qiymətli kağızlar bazarında yerləşdirilməsi hesabına təmin edilir; "Aqrarkredit” QSC tərəfindən emissiya ediləcək istiqrazların tələb olunan həcmi və müddətləri "Azərbaycan Beynəlxalq Bankı” ASC-dən aktivlərin alınması tədbirləri ilə uzlaşdırılır və buna müvafiq dövlət zəmanətinin həcmi hər ilin dövlət büdcəsinin daxili borclanma limitinin məbləğində nəzərə alınır.

 


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Marqvelaşvili:
12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Asim Mollazadə kiçik və orta sahibkarlığı gücləndirməyi təklif etdi
10:31
Asim Mollazadə kiçik və orta sahibkarlığı gücləndirməyi təklif etdi
Milli Məclisə
10:14
Milli Məclisə "əlvida" deyən deputatlar - SİYAHI
Azərbaycan ordusunun döyüş hazırlığı  - FOTOLAR
10:14
Azərbaycan ordusunun döyüş hazırlığı - FOTOLAR
Qərb Ermənistan-Türkiyə sərhədinin açılması üçün səylərini artırır  - FOTO
09:57
Qərb Ermənistan-Türkiyə sərhədinin açılması üçün səylərini artırır - FOTO
Azərbaycanın hərbi sirləri açıldı - FOTOLAR
Dünya 09:39
Azərbaycanın hərbi sirləri açıldı - FOTOLAR
Vladimir Putin Azərbaycan prezidentinə zəng edib
09:37
Vladimir Putin Azərbaycan prezidentinə zəng edib
Hansı dairədə nə qədər seçici var? - STATİSTİKA
09:29
Hansı dairədə nə qədər seçici var? - STATİSTİKA
Küləyə sovrulan erməni təbliğatının pulları - KÖŞƏ
09:10
Küləyə sovrulan erməni təbliğatının pulları - KÖŞƏ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol