"Real Madrid"in avtobusu Almaniyada qəzaya düşüb

21:01 | 13.02.2024

"Real Madrid"in avtobusu Almaniyada qəzaya düşüb

 Almaniyada "Real Madrid”in avtobusu qəzaya düşüb. Bu barədə Almaniyanın "Bild” nəşri məlumat verib.

Yolda ispan klubunun avtobusu "Toyota Avensis" markalı avtomobili vurub. Ölən və yaralanan yoxdur. Dəymiş ziyanın məbləği 3 min avro qiymətləndirilir.

Bu gün, fevralın 13-də Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda Madrid Almaniya "Leypsiq”ini qəbul edəcək.
 
 
Gülnar

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb