"Real”ın hücumçusu Kriştianu Ronaldo "Yuventus”a keçməyə yaxındır.
Offsideplus.az xəbər verir ki, "kral klubu”nun prezidenti Florentino Peresin qarşıdakı həftənin 2-ci günü direktorlar şurasının iclasında portuqaliya futbolçunun gedişini açıqlayacağı gözlənilir.
Klub rəhbərliyi Ronaldonun qarşısına belə bir şərt qoyub ki, oyunçu ictimaiyyətə komandadan ayrılmaq qərarının özünə məxsus olduğunu açıqlamalıdır. Əks-halda F.Peres təzminat məbləğinin 100 milyon avroya endirilməyəcəyini bildirib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !