Zinəddin Zidanın istefasından sonra "Real” baş məşqçi problemini heç cür həll edə bilmir.
Unikal.org xəbər verir ki, "Real” rəhbərliyi bir neçə adlı-sanlı mütəxəssisə təklif göndərsə də, onlardan "yox” cavabı alıb. "Kral klubu”nun indi də "Çelsi”nin sabiq baş məşqçisi Andre Villaş-Boaşla maraqlandığı deyilir. Məlumata görə, "Real”ın nümayəndələri onunla təmas qurublar.
Villaş-Boaşın son iş yeri Çinin "Şanxay Telleys” klubu olub. O, Çin klubundan ayrıldıqdan sonra işsizdi. Portuqal mütəxəssis işsiz olduğu dönəmdə "Dakar” rallisində iştirak edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !