Rəhim Rəhimli vəfat edib - SƏBƏB

08:09 | 30.09.2022
Rəhim Rəhimli vəfat edib - SƏBƏB

Rəhim Rəhimli vəfat edib - SƏBƏB

Tanınmış müğənni Rəhim Rəhimli bu gün, sentyabrın 30-da vəfat edib. Bu barədə xalq artisti Faiq Ağayev özünün rəsmi instaqram hesabında məlumat paylaşıb.
 
İfaçı gecə 02:00-da ürək tutmasından vəfat edib. Sənətçi bu gün 12:00-da Bülbülə qəbiristanlığında dəfn olunacaq.
 
Bəstəkar-müğənni Rəhimli Rəhimlinin halının qəflətən pisləşməsi səbəbindən sentyabrın 30-da saat 01:30 radələrində Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olub.
 
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamirə Ədilova bildirib ki, həkim briqadası tərəfindən ifaçıya zəruri tibbi yardımlar göstərilsə də, R.Rəhimli kəskin ağciyər, ürək çatışmazlığından vəfat edib.
 
Ədilova qeyd edib ki, ifaçının yanaşı ağır xəstəlikləri - qaraciyər sirrozu və kardiomiopatiyası da olub.

Rəhimli bir sıra klipləri, mahnıları ilə tanınıb. 2018-ci ilin iyunundan 2020-ci ilin yanvar ayına kimi "MTV Azərbaycan" telekanalının direktoru işləyib.
O, eyni zamanda bəstəkarlıq fəaliyyəti ilə məşğul olub.



www.anews.az
1
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb