• $ 1.7
  • € 1.9286
  • ₽ 0.020859
  • ₺ 0.044
  • £ 2.2683

Reinteqrasiya prosesi Qərbi Azərbaycanlılar üçün də yaradılmalıdır - Kamal Cəfərov

Reinteqrasiya prosesi Qərbi Azərbaycanlılar üçün də yaradılmalıdır - Kamal Cəfərov
06.12.2023 12:10
Azərbaycanın yaratdığı reinteqrasiya prosesi eynilə Qərbi Azərbaycana qayıdanlar üçün də yaradılmalıdır. Bunu deputat Kamal Cəfərov deyib. 
 
"Azərbaycana qarşı qərəzli olan beynəlxalq təşkilatlar yeni qərəzli mövqeyini göstərir. Qarabağda yaşayan erməniəsilli şəxslər üçün Azərbaycan reinteqrasiya adlı sayt yaradıb. Qalmaq istəyənlər ora müraciət edə bilər. Həmçinin getmək istəyənlər də könüllü gedir. Hazırda bu yanaşmada etnik təmizləməyə məruz qalan bizik. Qərbi Azərbaycana qayıdanlar üçün də reinteqrasiya prosesi aktiv olmalıdır. Dəfələrlə çağırış etməyimizə baxmayaraq bizim qayıdış hüququmuz pozulur", - deputat dekabrın 6-da Milli Məclisdə "Keçmişdən gələcəyə çağırış: Qərbi Azərbaycana qayıdış fəlsəfəsinə gənclərin baxışı” mövzusunda ictimai dinləmə çıxışında deyib. 
 
Prezident İlham Əliyevin ADA Universitetində keçirilən "Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunmuş Beynəlxalq Forumda çıxışı zamanı bildirib ki, Qarabağı tərk edən ermənilərin sayının 100 mini keçməsi Azərbaycana qarşı qəbuledilməz ittihamdır. 
 
Azərbaycan sentyabrın 19-da Qarabağda lokal antinterror əməliyyatından sonra orada yaşayan ermənilər könüllü olaraq Ermənistana qayıdıb. Ermənistan mətbuatı bu rəqəmin 100 minə yaxın olduğunu açıqlayıb. 
 
Rəsmi Bakı Qarabağda yaşayan ermənilər üçün reinteqrasiya üçün rəsmi sayt yaradıb. Orada qalmaq istəyənlər rəsmi sayta müraciət etmək hüququna malikdirlər. 
 
Sentyabrın 28-də Qarabağın qondarma "rəhbəri" Samvel Şahramanyan 2024-cü il yanvarın 1-dək separatçı rejimin ləğv olunmasını elan edib. Bildirib ki, Qarabağda qalmaq istəyən vətəndaşlar Azərbaycanın təklif etdiyi reinteqrasiya ilə bağlı təqdim olunan sənədlə tanış ola bilərlər. 

 
Gülnar Nazimqızı 
 
 

 
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
BƏƏ Prezidenti İlham Əliyevə zəng edib
Siyasət 22:39
BƏƏ Prezidenti İlham Əliyevə zəng edib
Ceyhun Bayramov türkmənistanlı həmkarı ilə telefonla danışıb
Siyasət 21:54
Ceyhun Bayramov türkmənistanlı həmkarı ilə telefonla danışıb
Azərbaycanla Estoniya arasında konsulluq məsləhətləşmələri keçirilib
Siyasət 20:59
Azərbaycanla Estoniya arasında konsulluq məsləhətləşmələri keçirilib
Bu incəsənət xadimləri Prezident mükafatı alacaq- Siyahı
Siyasət 16:36
Bu incəsənət xadimləri Prezident mükafatı alacaq- Siyahı
Prezident onları təltif edib - Siyahı
Siyasət 16:30
Prezident onları təltif edib - Siyahı
Azərbaycanlılar fransalılar kimi yüksək səviyyədə yaşayır - İcra başçısı
Siyasət 14:25
Azərbaycanlılar fransalılar kimi yüksək səviyyədə yaşayır - İcra başçısı
Milli Məclisin növbəti iclası mayın 16-da keçiriləcək
Siyasət 13:54
Milli Məclisin növbəti iclası mayın 16-da keçiriləcək
Bakıdan Moskva paradına "yox" - İlham Əliyevin səfərdən imtina səbəbləri
Siyasət 06:13
Bakıdan Moskva paradına "yox" - İlham Əliyevin səfərdən imtina səbəbləri
Sahibə Qafarova BƏƏ Prezidenti ilə görüşüb
Siyasət 21:26
Sahibə Qafarova BƏƏ Prezidenti ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol