Azərbaycanlı aktrisa çətin günlər yaşayır

13:44 | 23.08.2018
Azərbaycanlı aktrisa çətin günlər yaşayır

Azərbaycanlı aktrisa çətin günlər yaşayır

Musiqili Teatrın aparıcı aktrisası Gülçöhrə Abdullayeva çətin günlər yaşayır. Belə ki, aktrisanın atası bir neçə gündür ki, ağır şəraitdə reanimasiyaya yerləşdirilib.
 
Milli.az xəbər verir ki, aktrisa atasının səhhətindən danışıb:

"Atam bir neçə gündür ki, reanimasiyadadır. O, bu dəfə iki tərəfli insult keçirib. Bundan başqa böyrək çatışmazlığı da var. Allahımdan bir arzum var ki, onu mənə qaytarsın. Çünki həyat artıq mənə bacı dağı çəkib, ata ağrısını yaşaya bilmərəm. Atamın səhhəti ilə maraqlanan bütün dostlarıma təşəkkürümü bildirirəm".
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM