Son günlər ölkədə iri
holdinq və şirkətlər kimi əhali də Koronavirusla (COVİD-19) Mübarizəyə Dəstək
Fonduna ianələr etmək istəyir. Bunu nəzərə alaraq, BirBank mobil tətbiqində
yeni funksiya təqdim edilib. Belə ki, artıq tətbiq istifadəçiləri bonus şəklində
topladıqları "Ürəklər”ini dəstək fonduna ianə formasında "xərcləyə” bilərlər.
Fondun ianə hesabına 10 000
"Ürək” müqabilində 1 manat, 50 000 "Ürək” müqabilində 5 manat, 95 000 "Ürək”
müqabilində isə 10 manat köçürmək olar. Funksiya tətbiq olunan zamandan, bir
neçə saat ərzində artıq 10 000 manatdan artıq vəsait toplanıb və bu məbləğ sürətlə
artmaqdadır.
Qeyd edək ki, BirBank mobil
tətbiqinin istifadəçiləri POS terminal, İnternet və BirBank vasitəsilə nağdsız
ödənişlər edərək, "Ürək” qismində olan bonuslar qazana bilirlər. Sonra həmin
bonusları toplayıb, müxtəlif hədiyyələrə dəyişmək mümkündür.
Xatırladaq ki, ölkə üzrə ən
məşhur olan BirBank tətbiqinin 1 milyondan artıq istifadəçisi var. iOS və
Android əməliyyat sistemlərinin istifadəçiləri 1 dəqiqə vaxt sərf edərək,
onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər. Tətbiqin bir sıra
üstünlükləri vardır: rahat qeydiyyat, tətbiqə istənilən bankların ödəniş
kartlarını əlavə etmək imkanı, əməliyyatlara və hesaba bağlı bonuslarını idarə
edilməsi və s. Ətraflı məlumat üçün www.birbank.az və ya 196 Məlumat Mərkəzi.
www.anews.az