"Bir neçə gün əvvəl Yevlaxda Qarabağ ermənilərinin nümayəndələri ilə Azərbaycanın dövlət strukturları arasında görüş keçirilib. Bu gün Xankəndində ikinci görüş keçirilir. Mənə onun nəticələri barədə hələ məlumat verilməyib. Amma mən əminəm ki, Qarabağın erməni əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiyası prosesi uğurla gedəcək, - Əliyev Naxçıvanda türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışıqların yekununda bildirib.
Sentyabrın 20-də Qarabağda lokal əməliyyatların dayandırılması ilə bağlı razılıqdan sonra Qarabağda yaşayan 4850 nəfər erməniəsilli vətəndaş Ermənistana gedib.
Azərbaycan Daxili İşlər Nazirliyi mətbuata açıqlamasında bildirib ki, Azərbaycana artıq pasport almaq üçün müraciət edən erməniəsilli vətəndaşdaş var. Onların qanun çərçivəsində bütün təklükəsizliyi təmin ediləcək.
Gülnar
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !