Azərbaycanda "Reproduktiv sağlamlıq haqqında” qanun qəbul oluna bilər. Bunu deputat Əhliman Əmiraslanov deyib.
B bildirib ki, hazırda Səhiyyə Nazirliyi bu qanun üzərində işlər aparır.
"Aiddiyatı qurumlarla görüşlər keçirilib. Qanun yenidən işlənilir. Ehtimal var ki, bu sessiyada qanun Milli Məclisə daxil olacaq və müzakirəsi aparılacaq", - komitə sədri yanvarın 18-də Səhiyyə Komitəsinin iclasında bildirib.
Deputat bildirib ki, vətəndaşlar bu qanunun qəbul olunmasını çoxdan gözləyir.
Bundan əvvəl deputat Siyavuş Novruzov Milli Məclisin plenar iclasında çıxışında bildirib ki, Azərbaycanda "Reproduktiv sağlamlıq haqqında” qanunun qəbuledilməsi yolverilməzdir.
Deputat vurğulayıb ki, bu qanunun qəbul olunmasına 5 il müddətində imkan verməyib. Novruzov bunu milli mentaliletə uyğun olmaması ilə əlaqələndirib.
Deputat Rəşad Mahmudov isə söyləyib ki, "Reproduktiv sağlamlıq haqqında” qanun qəbul olunmadığı üçün bəzi şəxslər övlad sahibi olmaq imkanlarından məhrum olurlar.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !