Rəqabət Məcəlləsi bütün dövlət və özəl strukturlara aid olacaq- NAZİR

11:38 | 05.10.2023
Rəqabət Məcəlləsi bütün dövlət və özəl strukturlara aid olacaq- NAZİR

Rəqabət Məcəlləsi bütün dövlət və özəl strukturlara aid olacaq- NAZİR

Rəqabət Məcəlləsi bütün dövlət və özəl strukturlara aid olacaq. Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. 

"Qanunun 6 ay sonra başlanılması təklif edilib. Bir qədər aqresiv müddətdir. Bu müddət ərzində təlimlərin,seminarların və sahibarların maariflənməsini həyata keçirməyi planlaşdırırıq. Düşünürəm ki, Rəqabət Məcəlləsi sağlam rəqabəti təmin edəcək”, - nazir oktyabrın 5-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində çıxışı zamanı deyib.
 
Rəqabət Məcəlləsi üzərində 2004-cü ildən işlər aparılır. Yeni layihə 12 fəsil, 83 maddədən ibarətdir.
 
Hazırda sahibkarlıq sahəsində rəqabət mühiti 1995-ci il tarixli "Haqsız Rəqabət haqqında" və 1993-cü ildə qəbul olunan "Antiinhisar fəaliyyəti haqqında" qanunlarla tənzimlənir.

 
Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti