“Xəzər-Lənkəran” futbol klubu yarımmüdafiəçi Rəşad Sadiqovun keçidini rəsmiləşdirib.
ANS PRESS-in məlumatına görə, 30 yaşlı futbolçu karyerası ərzində “Şəfa”, MOİK, “Qarabağ” komandalarında çıxış edib.
Onun son iş yeri isə “Neftçi” kollektivi olub.
“Xəzər-Lənkəran” 2006-cı ildən etibarən Azərbaycan milli komandasının şərəfini qoruyan futbolçu ilə ikiillik müqavilə imzalayıb.
ANS PRESS
Bizi sosial şəbəkələrdə izləyin !