Rəşad Sadıqov "Zalsburq"la oyunda oynayacaqmı?

01:49 | 05.08.2014
Rəşad Sadıqov "Zalsburq"la oyunda oynayacaqmı?

Rəşad Sadıqov "Zalsburq"la oyunda oynayacaqmı?

"Qarabağ" klubunun kapitanı Rəşad Sadıqov Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində səfərdə "Zalsburq"la görüşdə ilk dəqiqələrdən meydanda ola bilər.

Bu barədə Qol.Az saytına açıqlamasında futbolçunun özü məlumat verib.

Uzun müddət zədədən əziyyət çəkən R.Sadıqov hazırda ağrıları olmadığını bildirib. Bakıdakı oyunun 57-ci dəqiqəsində meydana daxil olan millimizin üzvü "Zalsburq"la səfər görüşündə problem yaranmayacağı təqdirdə oynaya biləcəyini deyib.

Qeyd edək ki, avqustun 6-da "Red Bull Arena"da keçiriləcək "Zalsburq" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:30-da başlayacaq. Bu komandalar arasında Bakıda baş tutan görüşdə "Qarabağ" 2:1 hesabı ilə qələbə qazanıb. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM