• $ 1.7
  • € 1.9087
  • ₽ 0.020606
  • ₺ 0.0439
  • £ 2.2585

Rəşadla Rüfət məhkəməyə gəlmədi

Rəşadla Rüfət məhkəməyə gəlmədi
19.04.2019 17:05
"Space” televiziyasının efirində işlətdiyi ifadələrə görə xüsusi ittiham qaydasında məhkəməyə verilən müğənni Rüfət Axundov və Rəşad İlyasovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. 

Oxu.Az-ın xəbərinə görə, Yasamal Rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə müğənnilərin məhkəməyə gəlmədiyi elan edilib.

Onları nümayəndə kimi vəkilləri əvəz edib. 

Proses mayın 1-də davam etdiriləcək. 

Qeyd edək ki, şikayətdə hər iki müğənninin Cinayət Məcəlləsinin 148 (Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma) maddəsinin sanksiyası çərçivəsində cəzalanması tələb edilir.

Xatırladaq ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) məlumatına əsasən, "Space” TV-də "Hər səhər” verilişində müğənni Rüfət Axundov mahnı oxuyarkən dəfələrlə qeyri-etik ifadələrdən istifadə edib. Kanalın efirində getmiş ədəbsiz söz və ifadələr Şura tərəfindən aparılan monitorinqlər zamanı aşkar olunub.

MTRŞ aprelin 5-də kanal rəhbərliyinin iştirakı ilə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, 5-8 min manat cərimə olunmasına dair protokol tərtib edib. Həmçinin, televiziya və radio rəhbərlərinə şifahi xəbərdarlıq edilərək ki, R.Axundovun efirə çıxmasına məhdudiyyət qoyulub. 

Bundan sonra MTRŞ televiziya barədə İnzibati Xətalar Məcəlləsin 384.0.1-ci (televiziya və radio yayımı haqqında qanunvericiliyin pozulması, yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən, erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün müəyyən edilmiş xüsusi qaydaların pozulmasına) maddəsi ilə protokol tərtib edib və inzibati qaydada məhkəməyə müraciət edib.

Məhkəmənin baxış iclası Yasamal Rayon Məhkəməsində aprelin 24-nə təyin edilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampdan Hollivuda qarşı ticarət müharibəsi – xaricdə çəkilən filmlərə 100% rüsum
Mədəniyyət 07:17
Trampdan Hollivuda qarşı ticarət müharibəsi – xaricdə çəkilən filmlərə 100% rüsum
Azərbaycan tarixi-mədəniyyət abidələrinin vahid sistemlə pasportlaşdırır
Mədəniyyət 12:17
Azərbaycan tarixi-mədəniyyət abidələrinin vahid sistemlə pasportlaşdırır
Orxan Fikrətoğlu nazirin müşaviri təyin edilib
Mədəniyyət 17:54
Orxan Fikrətoğlu nazirin müşaviri təyin edilib
"Mədəniyyət" qəzeti bağlanıb
Mədəniyyət 14:17
"Mədəniyyət" qəzeti bağlanıb
Ziyadxan Əliyev vəfat edib
Cəmiyyət 22:32
Ziyadxan Əliyev vəfat edib
Ənvər Həsənov vəfat edib
Mədəniyyət 21:07
Ənvər Həsənov vəfat edib
Azərbaycanda "Milli Teatr Günü"dür
Mədəniyyət 10:05
Azərbaycanda "Milli Teatr Günü"dür

Fəlsəfə elmləri doktoru Niyazi Mehdi vəfat edib
Mədəniyyət 09:21
Fəlsəfə elmləri doktoru Niyazi Mehdi vəfat edib
Arif Babayev "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif olunub
Mədəniyyət 23:44
Arif Babayev "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol