Azərbaycanın II Qarabağ müharibəsindən sonra işğal olunmuş torpaqlarının azad edilməsi və Qarabağda 19-20 sentyabr 2023-cü il tarixlərində həyata keçirilən antiterror əməliyyatı ilə bütün ölkə torpaqlarında suverenliyinin bərpası nəticəsində regionda daimi sülh və sabitliyin bərqərar olması üçün tarixi fürsət ortaya çıxıb.Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Bu kontekstdə 5 aprel 2024-cü ildə keçirilməsi planlaşdırılan Ermənistan, Aİ və ABŞ arasında üçtərəfli görüşün regionda mürəkkəb problemlərin həlli üçün əsas götürülməli olan neytrallıq yanaşmasına xələl gətirəcəyini açıq şəkildə ifadə etmək bizim borcumuzdur”.
Azərbaycanı istisna edən bu təşəbbüs sülhə xidmət etməkdənsə, Cənubi Qafqazın geosiyasi münaqişələr meydanına çevrilməsinə yol açacaq:
"Üçüncü ölkələri proses kontekstində atacaqları addımlarda regionun parametrlərini nəzərə almağa və tərəflərə bərabər məsafədən yanaşmağa çağırışımızı bir daha təkrar edirik.
İnanırıq ki, Cənubi Qafqaz regionda bərqərar olacaq daimi sülh və sabitlik əsasında yüksələcək və layiq olduğu regional rifaha nail olacaq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !