Respublika Hərbi Prokurorluğundan Səfər Əbiyevlə bağlı AÇIQLAMA

10:15 | 26.12.2013
Respublika Hərbi Prokurorluğundan Səfər Əbiyevlə bağlı AÇIQLAMA

Respublika Hərbi Prokurorluğundan Səfər Əbiyevlə bağlı AÇIQLAMA

Ölkə mətbuatı son günlər sabiq müdafiə naziri Səfər Əbiyevlə bağlı yeni məlumatlar yayıb.

Generalın keçmiş fəaliyyətinin milli təhlükəsizlik orqanları tərəfindən araşdırıldığı, Səfər Əbiyevin özünün isə ev dustağı kimi xüsusi xidmət orqanları əməkdaşlarının tam nəzarəti altında saxlanıldığı iddia olunur. Eyni zamanda, hərbi prokurorluq orqanları tərəfindən Müdafiə Nazirliyi sistemində geniş miqyaslı yoxlamalar aparıldığı və bunun eks-nazirlə əlaqəli olduğu vurğulanır.

Modern.az saytı məsələyə aydınlıq gətirilməsi üçün Respublika Hərbi Prokurorluğuna müraciət edib. Hərbi Prokurorluqdan verilən açıqlamada hərbi sahədə, hərbi hissələrlə bağlı yoxlamaların mütəmadi aparıldığı inkar olunmayıb, amma bunun Səfər Əbiyevlə bağlılığını təkzib ediblər.“Respublika Hərbi Prokurorluğu hərbi sahədəki fəaliyyətlə bağlı mütəmadi olaraq yoxlamalar aparır, amma bu o demək deyil ki, həmin yoxlamalar mediada iddia olunduğu kimi, Səfər Əbiyevlə bağlıdır. Bu yoxlamaların sabiq nazirlə hər hansı əlaqəsi yoxdur”-deyə Hərbi Prokurorluqdan bildirilib. Açıqlamada eyni zamanda Səfər Əbiyevin ev dustağı kimi saxlanılmasından da xəbərsiz  olduqları qeyd edilib.Modern.az saytı məsələyələ bağlı sabiq nazirin özü ilə əlaqə saxlaya bilməyib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM