Respublika stadionunda maraqlı olay – evlilik təklifi!

14:48 | 29.03.2015
Respublika stadionunda maraqlı olay – evlilik təklifi!

Respublika stadionunda maraqlı olay – evlilik təklifi!

Azərbaycan və Malta milli komandaları arasında dünən keçirilən "Avro-2016”nın rəsmi oyunundan əvvəl Tofiq Bəhramov adına Respublika stadionunda maraqlı hadisə baş verib.

Qol.Az-ın xəbərinə görə, bu haqda "Qalatasaray”lı azarkeşlərin "ultrAslan” Azərbaycan Azad Azarkeş Qrupunun Facebook səhifəsində məlumat verilib.

Bildirilib ki, Fərid adlı bir azarkeş tribunada sevdiyi qıza evlilik təklifi edib. Daha sonra o, sevdiyin qızın barmağına nişan üzüyü taxıb.

Gənclərin bu addımı azarkeşlərin alqışları ilə qarşılanıb.

"Bizim də bu işdə azacıq əməyimiz olduğu üçün sevinirik. "Qalatasaray”lı dostlarımıza uzun ömür, ailə səadəti arzulayırıq” – deyə azarkeş qrupunun yaydığı məlumatda bildirilib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM