Restoranda yeməyinin pulunu ödəyəni güllələyib öldürüldü – FOTO

21:36 | 11.04.2019
Restoranda yeməyinin pulunu ödəyəni güllələyib öldürüldü – FOTO

Restoranda yeməyinin pulunu ödəyəni güllələyib öldürüldü – FOTO

ABŞ-ın Florida ştatında restoranlardan birində başqalarının yeməyinin haqqını ödədiyinə görə səxavətli müştərinin başqa bir müştəri tərəfindən öldürüldüyü bildirilib. Bu barədə "USA Today” informasiya portalı məlumat verib.
Bizimyol.info xəbər verir ki, Gainesville şəhərindəki "Waffle House” şəbəkəsinə məxsus restoranlardan birində, aprelin 7-də 41 yaşlı Craig Brever bir neçə müştərinin naharının haqqını ödəyib və onlara 20 dollar paylayıb. 25 yaşlı qızın hərəkəti Ezekiel Hicksə pis təsir edib, o,  bundan çox əsbiləşərək yeməyinin haqqını başqası tərəfindən ödəmsinə etiraz edib.
 
 
Foto: USA Today
 
Hicks səs-küy salaraq Breverə etirazını bildirib. Bir neçə dəqiqədən sonra əsəbiləşmiş müştəri qaçaraq restorandan çıxıb və az sonra əlində silahla içəri daxil olub. O, silahı səxavətli amerikalının başına dayayıb.
Polislər restorana gələndə Hicks artıq atəş açaraq Breverin başından güllə ilə vurmuşdu. "Qətl hadisəsi bizim oraya çatmağımıza dəqiqə, bəlkə də saniyələr qalmış baş vermişdi”, – deyən leytenant Brett Rhodenizer bildirib. "Cinayətin baş verdiyi anlar müşahidə kameralarına düşüb və bu görüntülər təcavüzkarın çinayəti törətdiyinin sübutu kimi götürülərək çinayət işinə əlavə edilib. Hicks hadisə yerində həs edilib. Onun barəsində qətlə yetirmə ilə bağlı cinayət işi açılıb, hazırda Hicks həbsdədir.”, – deyə zabit məlumat verib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM