• $ 1.7
  • € 1.9741
  • ₽ 0.021739
  • ₺ 0.0429
  • £ 2.3146

Reza Deqati bu dəfə Kəlbəcəri çəkdi - FOTOLAR

Reza Deqati bu dəfə Kəlbəcəri çəkdi - FOTOLAR
05.12.2020 19:16
"National Geografic” jurnalının tanınmış fotojurnalisti, Azərbaycan əsilli fransız fotoqraf Reza Deqati noyabrın 25-də erməni işğalından azad edilmiş Kəbəcərə səfər edib.

"Qafqazinfo” xəbər verir ki, Deqati sosial şəbəkədə Kəlbəcərin füsunkar gözəlliyini əks etdirən fotoları paylaşaraq yazıb:

"Kəlbəcərin əbədi gözəlliyi böyük sürpriz oldu. Biz Murov dağ aşırımına – 3840 metr yüksəkliyə çatanda Kəlbəcərin nəfəs kəsən gözəlliyinə heyran qaldım. 

Azərbaycan əsgərinin burada keşik çəkməsi mənə mənə müharibəni və bu regionun erməni ordusu tərəfindən 30 il boyunca faciəvi şəkildə işğal altında qalmasının sona çatdığını xatırlatdı. 

1993-cü ildə on minlərlə dinc sakin məcburi köçkün düşdü. Onlar soyuq qışda bu aşırımları aşmağa məcbur oldular, bir çox hallarda erməni əsgərlər onların əşyalarını, o cümlədən qadınların zinət əşyalarını və ayaqqabılarını aldılar. Sağ qalmaq üçün onlar dağı ayaqyalın keçməli oldular, bu, ölüm hökmü idi. Köçkünlərin çoxu ayaqları donmuş vəziyyətdə gəldi.

Bölgə bu yaxınlarda azad edildi və ermənilər işğal etdikləri torpaqları binaları, təbiət landşaftları yandıraraq, məhv edərək, heyvanları öldürərək tərk etdilər.
Bu gün Murov dağında bütün bunları unutmaq və sadəcə ana təbiətin əbədi gözəlliyinə baxmaq istəyirdim”.
 







www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan əsgəri Qazaxda dəfn olunub - FOTOLAR
Siyasət 12:33
Azərbaycan əsgəri Qazaxda dəfn olunub - FOTOLAR
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
Siyasət 08:43
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
Sülhməramlılar hərbçilərimizi belə qaytarıb - FOTOLAR
Siyasət 13:04
Sülhməramlılar hərbçilərimizi belə qaytarıb - FOTOLAR
Şəhid olan Azərbaycan hərbçiləri kimlərdir?-FOTO+VİDEO
Siyasət 16:45
Şəhid olan Azərbaycan hərbçiləri kimlərdir?-FOTO+VİDEO
Prezident Bağdad Amreyevi qəbul etdi - Fotolar - YENİLƏNİB
Siyasət 15:17
Prezident Bağdad Amreyevi qəbul etdi - Fotolar - YENİLƏNİB
Azərbaycan qırıcıları İstanbul səmasında uçuşlar keçirib-FOTO
Siyasət 11:25
Azərbaycan qırıcıları İstanbul səmasında uçuşlar keçirib-FOTO
Eldar Həsənov niyə xərəkdə məhkəmədən çıxarılıb-TƏFƏRRÜATLAR
Siyasət 10:01
Eldar Həsənov niyə xərəkdə məhkəmədən çıxarılıb-TƏFƏRRÜATLAR
Türkiyə Müdafiə Nazirliyindən Laçındakı birgə təlimlərlə bağlı MƏLUMAT
Siyasət 12:03
Türkiyə Müdafiə Nazirliyindən Laçındakı birgə təlimlərlə bağlı MƏLUMAT
İlham Əliyev və Ərdoğan Şuşaya yola düşüb
Siyasət 14:02
İlham Əliyev və Ərdoğan Şuşaya yola düşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol