FİFA-nın təşkil etdiyi ilin ən yaxşı futbolçusu və məşqçisi seçimində kimin kimə səs verməsi məlum olub.
Anews.az Qol.az-a istinadən xəbər verir ki, ölkəmizi səsvermədə təmsil edən milli komandamızın baş məşqçisi Robert Prosineçki və komandanın kapitanı Rəşad Sadıqovun seçimi belə olub:
Robert Prosineçki
Ən yaxşı baş məşqçi: 1. Zinəddin Zidan ("Real”), 2. Antonio Konte ("Çelsi”), 3. Leonardo Jardim ("Monako”)
Ən yaxşı oyunçu: 1. Lionel Messi ("Barselona”), 2. Kriştiano Ronaldo ("Real”), 3. Luka Modriç ("Real”)
Rəşad Sadıqov
Ən yaxşı baş məşqçi: 1. Zinəddin Zidan ("Real”), 2. Massimilano Alleqri ("Yuventus”), 3. Antonio Konte ("Çelsi”)
Ən yaxşı oyunçu: 1. Kriştiano Ronaldo ("Real”), 2. Neymar ("Barselona”/PSJ), 3. Lionel Messi ("Barselona”)
Xatırladaq ki, ilin ən yaxşı baş məşqçisi "Real”ın çalışdırıcı Zinəddin Zidan, ilin ən yaxşı futbolçusu isə "Real”ın hücumçusu Kriştiano Ronaldo seçilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !