ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Qələbə Gününə həsr olunan ismarıc yayıb.
Bu barədə "Report"a səfirlikdən məlumat verilib.
Səfir ismarıcda bildirib ki, həftənin əvvəlində Azərbaycanın İkinci Dünya Müharibəsində qələbəyə verdiyi töhfələrdən bəhs edən "Hədəf Bakıdır: Hitler neft uğrunda müharibəni necə uduzdu" adlı sənədli filmin ilkin nümayişində iştirak edib: "Müxtəlif mənbələrdən yararlanaraq ərsiyəyə gətirilən bu film çox maraqlı idi və qələbənin Azərbaycanda daxil olmaqla müxtəlif müttəfiqlər tərəfindən verilən töhfələrin sayəsində mümküln olduğunu xatırladır.
Yetmiş il bundan öncə baş verən olaylar barədə düşünərkən aydın görürük ki, Qələbə Günü gücün triumfu deyil, məhz transatlantik icmaların səylərinin cəmləşməsi sayəsində Avropada sülh, rifah və sabitlik erasının zəfəridir. Birləşmiş Ştatlar bu kimi əlaqələri və ümumi ideyaları dərindən dəyərləndirir və onları gələcəkdədə inkişaf etdirməyə hazırdır. Bu gün biz cəmləşmiş müttəfiqlər tərəfindən verilən qurbanları xatırlayırıq və bizim valideynlərimiz, baba və nənələrimizin təhlükəli və çağırışlı dövrdə etdikləri mühüm işləri yadımıza salırıq. Bu sırada Azərbaycanda daxil olmaqda hazırda transatlantik icmanın suveren üzvləri olan keçmiş Sovet respublikalarıda var".
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !