"Roma" özbəkistanlı hücumçu transfer edib

20:30 | 03.08.2021

"Roma" özbəkistanlı hücumçu transfer edib

İtaliya "Roma"sı Özbəkistan millisinin futbolçusu Eldor Şomurodovla müqavilə bağlayıb.

26 yaşlı hücumçu "Cenoa"dan transfer edilib. 5 illik müqaviləyə imza atan Şomurodov "canavarlar"ın heyətində 14 nömrəli formanı geyinəcək. "Anlaşmaya əsasən, "Cenoa" onun gələcək satışından da faiz götürəcək.

Qeyd edək ki, Eldor Şomurodov əvvəllər Özbəkistanın "Maşal" və "Bunyodkor", həmçinin Rusiyanın "Rostov" klublarında da oynayıb. Ötən mövsüm o, "Cenoa"da 31 matçda 8 qol vurub və 1 məhsuldar ötürmə verib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb