Romanın simvolunu siçanlar basdı

12:57 | 21.07.2015
Romanın simvolunu siçanlar basdı

Romanın simvolunu siçanlar basdı

İtaliyanın paytaxtı Romanın tarixi heykəllərindən biri sayılan "Eşq çeşməsi" adlanan Trevi Çeşməsi təhlükə altına düşüb.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, tarixi çeşməyə siçanlar basqın edib. 

Qeyd edək ki, bu tarixi abidə italiyalı memar Nikola Salvinin əsəridir və o, Romadakı Poli Sarayının bir səhnəsini əbədiləşdirib. 1735-ci ildə açılan və hımin vaxtdan indiyə qədər Romaya gələn turistlərin, ziyarətçilərin ilk baş çəkdiyi yer bura olub. İtaliyanın "Corriere della sera" qəzetinin yazdığı xəbərə görə, açıldığı 18-ci əsrdən bu yana ilk dəfə təmirə dayanan "Eşq Çeşməsi"nin su boruları siçanların yuvalarına çevrilib. Üstəlik, yemək axtarışı üşün ətrafı dolaşan siçanlar həmin ərazidə yaşayan yerli sakinləri də narahat etməyə başlayıb və onlar Roma bələdiyyə sədri İqnazio Marinoya və digər səlahiyyətli şəxslərə öz şikayətlərini çatdırıblar.

Qəzetin yazdığına görə, siçanların artması Romanı dünyanın gözündən sala bilər və turizm axınınna mane ola bilər. İtaliyanlar həm də bu yerləri məşhur rejissor Federiko Fellinin filmlərində yer alması ("Şirin həyat" və s. filmləri) səbəbilə çox sevirlər və hesab edirlər ki, 2 milyonluq avro tələb edən təmirin 1,5 il davam etməsi ədalətsizlikdir. İtaliyanlar tezliklə həm siçanlardan can qurtaracaqlarını, həm də tarixi abidənin xilas olacağı günü gözləyirlər.
 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM