Ronaldo ilə bağlı daha bir təcavüz iddiası - Bu dəfə İngiltərədən

08:00 | 08.10.2018
Ronaldo ilə bağlı daha bir təcavüz iddiası - Bu dəfə İngiltərədən

Ronaldo ilə bağlı daha bir təcavüz iddiası - Bu dəfə İngiltərədən



Son günlər təcavüz iddialarıyla gündəmə gələn "Yuventus"un hücumçusu Kriştiano Ronaldonun başı dərddən qurtulmur.

RQ xəbər verir ki, amerikalı Ketrin Mayorqun Ronaldo tərəfindən təcavüzə uğradığı iddiasının ardından, bir təcavüz iddiası da İngiltərədən gəlib.

Adı açıqlanmayan qadın, portuqaliyalı futbolçu tərəfindən 2005-ci ildə təcavüzə uğradığını deyib. Polis tərəfindən aparılan araşdırmaların gedişində həmin gün qadını Londondakı oteldən evinə aparan "Limuzin" sürücüsü də danışdırılıb.


Sürücü, "həmin gün qadın maşına minəndə Ronaldonun bədənini tərifləyirdi. Ronaldo kimi biriylə münaibət yaşadığı üçün çox xoşbəxt və həyəcanlı idi. Gələcəkdə Ronaldodan uşaq sahibi olmaq istədiyini deyirdi" deyib.

Polis bundan sonra araşdırmaları dayandırıb. 

Ronaldo 2003-2009-cu illərdə İngiltərənin "Mançester Yunayted" klubunda forma geyinib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti