İngiltərənin "World Soccer" jurnalının hər il ənənəvi olaraq təşkil etdiyi və ilin ən müvəffəqiyyətli oyunçusu, klubu və texniki adamının təyin edilməsi üçün keçirdiyi səsvermədə zamanı 2013-cü ilin ən yaxşı futbolçusu mükafatını "Real-Madrid" klubunun portuqaliyalı ulduzu Kriştiano Ronaldo alıb.
ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, dünyada tanınan jurnalistlərin və futbol veteranlarının verdikləri səsvermə ilə keçirilən yarışmanın ilk üç hissəsində "FIFA Ballon d'Or" (Qızıl Top) mükafatında son üçlüyə qalan namizədlər iştirak edib.
Səsvermə zamanı Ronaldo 1075 səslə sammitin yeni sahibi seçilib. 926 səslə ikinci yerə isə argentinalı Lionel Messi, üçüncü yerə isə 870 səslə Fransalı oyunçu Frank Riberyin layiq görülüb. İsveçli Zlatan İbrahimoviç isə 658 səslə dördüncü sırada qaldı.
"Arsenal"ın Türk əslli Alman futbolçusu Məsud Özil siyahıda 18-ci, "Borussia-Dortmund"lu İlkay Gündoğan isə 29-cu sırada qərarlaşıblar.
ANN.Az