Unikal.org-un İspaniya Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, buna portuqaliyalı hücumçunun "Barselona" ilə ölkə Super Kuboku uğrunda ilk matçda etdiyi hərəkət səbəb olub.
Ronaldu baş hakimi itələdiyi üçün 4, ikinci sarının ardından qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalanıb. Diskvalifikasiya İspaniya çempionatı qarşılaşmalarına da şamil olunur.
Qeyd edək ki, Kriştianu Ronaldu "Real Madrid"in "Barselona"nı 3:1 hesabı ilə yendiyi görüşdə qol vurduqdan sonra formasını çıxarıb. Bu hərəkəti ona sarı vərəqə bahasına başa gəlib. O, meydandan kənarlaşdırılmasına səbəb olan növbəti vərəqəni isə simulyasiyaya yol verdiyi üçün alıb. Məhz bundan sonra Ronaldu Rikardo de Burqos Benqoçeanı arxadan itələyib.(report.az)
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !