İtaliyanın "Yuventus” klubunun hücumçusu Kriştianu Ronaldu Çempionlar Liqasının qrup mərhələsində "Valensiya” ilə oyunda qırmızı vərəqə ilə cəzalandırılıb.
Oxu.Az-ın xəbərinə görə, hakim Feliks Brix portuqaliyalını matçın 29-cu dəqiqəsində meydançadan kənarlaşdırıb.
Hakim hesab edib ki, Ronaldu meydan sahiblərinin müdafiəçisi Ceyson Murilonu üzündən vurub. Kriştianu meydançanı göz yaşları içərisində tərk edib.
Qeyd edək ki, matç "Yuventus”un 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu qrupun digər oyununda "Mançester Yunayted” səfərdə "Young Boys” komandasını 3:0 hesabı ilə məğlub edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !