"Atletiko"nun futbolçusu Antuan Qrizmann, "Yuventus"un hücumçusu Kriştianu Ronaldu haqda maraqlı açıqlama verib.
Anews.az komanda.az-a istinadən xəbər verir ki, İspaniya mətbuatına danışan fransız oyunçu, Ronalduya nifrət etdiyini deyib:
"Nə vaxt bir kubok qazanmaq istəsəm, Ronaldu gəlir və xəyallarımı oğurlayır. Ona nifrət edirəm, ancaq dünyanın ən yaxşısıdır".
Qrizmannın formasını geyindiyi "Atletiko" Çempionlar Liqasının 1/8 finalında öz meydanında "Yuventus"u 2:0 hesabıyla məğlub etsə də, səfərdə 0:3 hesabıyla uduzaraq, ÇL-də mübarizəni dayandırıb. "Yuventus"un 3 qolunu da Kriştianu Ronaldu vurub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !