Rostropoviçin violonçeli Londonda 2,5 milyona satıldı

21:30 | 29.11.2018
Rostropoviçin violonçeli Londonda 2,5 milyona satıldı

Rostropoviçin violonçeli Londonda 2,5 milyona satıldı

Musiqiçi Mstislav Rostropoviçə məxsus violonçel hərracda 1,92 milyon funt sterlinqə (təxminən 2,5 milyon dollara) satılıb. 

Bununla bağlı "Sotheby's” hərrac mərkəzi məlumat yayıb. 

Bu alət XVIII əsrin sonunda italyan usta Covanni Qvadanini tərəfindən hazırlanıb.

Violonçel Rostrapoviç və Qalin Vişnevskinin kolleksiyasından satışa çıxarılan ən bahalı element olub. 

Violonçelin yaradıcısı Qvadinini Antonio Stradivarinin şagirdi olub. Mstislav Rostropoviç bu alətə 2000-ci ildə sahib olub. O deyirdi ki, 18 il Moskvadakı bütün yarışlarda qələbə qazanmasına səbəb Qvadininin elamatxanasından olan violonçeldə ifa etməsi olub. Ancaq sonra məlum olub ki, bu alətin Qvadininiyə heç bir aidiyyəti olmayıb. Və onda Rostropoviç özünə söz verib ki, nə vaxtsa Qvadininin həqiqi violonçelinə sahib olacaq. 

oxu.az

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti