• $ 1.7
  • € 1.9873
  • ₽ 0.021736
  • ₺ 0.0421
  • £ 2.2912

Ruben Vardanyan qondarma "Dağlıq Qarabağ" ın dövlət naziri təyin edilib

Ruben Vardanyan qondarma
04.11.2022 13:05
Qondarma Dağlıq Qarabağ Respublikası"nın prezidenti Arayik Arutyunyan Ruben Vardanyanı dövlət naziri təyin edib. Bu barədə Ermənistan mediası məlumat yayıb. 
 
O həmçinin Artak Beqlaryanın dövlət naziri vəzifəsindən çıxarılması barədə cümə günü fərman imzalayıb.
 
Sentyabrın 1-də Erməni əsilli rusiyalı milyarder Ruben Vardanyan tanınmamış Dağlıq Qarabağ Respublikasına  köçdüyünü və Rusiya vətəndaşlığından imtina etdiyini açıqlayıb. Bu barədə sahibkar özünün Telegram kanalında bildirib. 

"Rusiya vətəndaşlığından imtina edib Qarabağa köçmək qərarına gəldim. Bu qərar mənim üçün asan olmadı, amma əminəm ki, bu çox düzgündür”, - deyə iş adamı bildirib.
 
Sahibkar belə bir addımı Bakı ilə İrəvan arasında növbəti gərginliklə bağlı atıb.
 
Onun fikrincə, hərbi əməliyyatların aktiv fazası 2020-ci ildə başa çatsa da, tərəflər hələ sülh sazişi bağlamayıb.
 
"Moskva sülhməramlıların sayını artırmalı və onların regionda qalma müddətini uzatmalıdır", - VArdanyan bildirib.

Forbes jurnalına görə, Vardanyanın 1 milyard dolları  var. 2021-ci ilin sonuna sahibkar Rusiyanın 200 ən varlı iş adamı reytinqində 116-cı yeri tutub. 2020-ci ildə isə o, bu siyahıda 103-cü yerdə idi.
 
Gülnar Nazimqızı 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Siyasət 14:39
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Siyasət 15:17
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Azərbaycan XİN Rusiyadan  Bakıda
Siyasət 15:22
Azərbaycan XİN Rusiyadan Bakıda "Rus evini" bağlamağı tələb edib
Şahnaz Bəylərqızı 3 ay 15 gün müddətinə həbs edilib
Siyasət 15:16
Şahnaz Bəylərqızı 3 ay 15 gün müddətinə həbs edilib
Nazir Prezidentin köməkçisi təyin olunub - Sərəncam
Siyasət 17:26
Nazir Prezidentin köməkçisi təyin olunub - Sərəncam
Paşinyan Azərbaycana yeni münasibətlərə başlamağı təklif edir
Siyasət 14:00
Paşinyan Azərbaycana yeni münasibətlərə başlamağı təklif edir
AZAL təyyarəsini Rusiya tərəfi vurub, Azərbaycanın əlində raketin qalıqları var -  Reuters
Siyasət 21:23
AZAL təyyarəsini Rusiya tərəfi vurub, Azərbaycanın əlində raketin qalıqları var - Reuters
Deputat təklif edir ki, 28 maya qədər amnistiya aktı hazırlansın
Siyasət 12:15
Deputat təklif edir ki, 28 maya qədər amnistiya aktı hazırlansın
Ermənistan silahlanacaq və Konstitusiyasını dəyişməyəcək - Paşinyan
Siyasət 18:10
Ermənistan silahlanacaq və Konstitusiyasını dəyişməyəcək - Paşinyan
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol