Ruben Vardaryan saxlanılaraq Bakıya gətirilib - Yenilənib

14:41 | 27.09.2023
Ruben Vardaryan saxlanılaraq Bakıya gətirilib - Yenilənib

Ruben Vardaryan saxlanılaraq Bakıya gətirilib - Yenilənib

Qarabağda separatçı rejimin "dövlət naziri" Ruben Vardaryan Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən Laçın sərhəddini keçmək istəyən zaman saxlanılıb. Bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb. 
 

"Sentyabrın 27-də "Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı nəticəsində ölkə ərazisinə qeyri-qanuni gələrək qondarma "Dağlıq Qarabağ Respublikasının Dövlət naziri” vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karleni Vardanyan Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb. Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilib. Saxlanılan şəxs barəsində müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına təhvil verilib", - açıqlamada qeyd olunub. 
 
 
 
14:10
 
Separatçı rejimin keçmiş "dövlət naziri" Ruben Vardaryan azərbaycanlı sərhədçilər tərəfindən saxlanıldığı deyilir. Bu barədə Tacc agentliyi məlumat yayıb.  
 
Azərbaycan və Ermənistan tərəfi onun saxlanması ilə bağlı hələlik məlumat verməyib. 
 
Fevralın 23-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi "Qondarma Dağlıq Qarabağ Respublikası"nın prezidenti Arayik Arutyunyan saxta "dövlət naziri" Ruben Vardaryanı vəzifəsindən uzaqlaşdıraraq, yerinə "saxta" respublikanın baş prokuroru Qurgen Nersisyanı təyin etmişdi. 
 
Bundan əvvəl prezident İlham Əliyev Münhendə Ermənistanın baş naziri Nikol Paşinyanla panel çıxışında bildirmişdi ki, Azərbaycan Vardaryanın birmənalı olaraq getməsini tələb edir. 
 
2022-ci ilin sentyabrın 1-də erməni əsilli rusiyalı milyarder Ruben Vardanyan Qarabağa köçdüyünü və Rusiya vətəndaşlığından imtina etdiyini açıqlayıb. 
 
"Qondarma Dağlıq Qarabağ Respublikası"nın prezidenti Arayik Arutyunyan Ruben Vardanyanı 2022- ci il noyabrın 4- də dövlət naziri təyin edib.

Forbes jurnalına görə, Vardanyanın 1 milyard dolları var. 2021-ci ilin sonuna sahibkar Rusiyanın 200 ən varlı iş adamı reytinqində 116-cı yeri tutub. 2020-ci ildə isə o, bu siyahıda 103-cü yerdə idi.
Gülnar Nazimqızı 

 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM