Bakı Apellyasiya Məhkəməsində hüquq müdafiəçisi Rüfət Səfərovun həbs qərarından verilən apellyasiya şikayəti təmin olunmadı. Bu barədəonun vəkili Elçin Sadıqov biildirib.
Vəkilin sözlərinə görə, məhkəmə hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilib.
Rüfət Səfərov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə), 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham olunur.
Bundan əvvəl 2016-ci ildə Rüfət Səfərov barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsiylə cinayət işi başlanıb və o 9 il müddətinə azadlıqdan məhrum edilib. Lakin 2019-cu il Prezident İlham Əliyevin "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı ilə azadlığa çıxıb.
Aytac
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !