Stiven Makkers adlı amerikalı usta fəaliyyət göstərdiyi kiçik iş yerində qəribə hadisə ilə üzləşib.
Anews.az Redaktor.az-a istinadən xəbər verir ki, 72 yaşlı usta hər gün iş ləvazimatlarının yerinin dəyişildiyini müşahidə edib. O, bunun səbəbini müəyyən etmək üçün gecə saatlarında bir neçə dəfə əraziyə baş çəksə də, qəribə heç nə müşahidə etməyib.
İş yerində alətlərin yerini dəyişməsi ustanı həyacanlandırıb. O, qəti şəkildə iş yerində ruhların gəzdiyini irəli sürüb. Usta hadisənin dəqiq səbəblərini üzə çıxarmaq üçün iş yerinə gizli kamera yerləşdirib. Üzləşdiyi mənzərə onun özünü də təəccübləndirib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !