Rumıniyada qızılca epidemiyası təsdiqlənib

Rumıniyada iki mindən çox insan qızılcaya yoluxub. Bu barədə yerli KİV məlumat yayıb.
Rumıniyanın Səhiyyə Nazirliyi bu ölkədə qızılca epidemiyasının yayıldığını təsdiqləyib.
Bildirilib ki, buna səbəb qızılcaya yoluxma hallarının həyəcanverici dərəcədə artımı, eləcə də xəstəxanaların uşaq və yoluxucu xəstəliklər şöbələrində çoxlu sayda yoluxmuş uşaqların olmasıdır.
Hazırda Rumıniyada iki mindən çox qızılcaya yoluxma halı qeydə alınıb. Bu xəstəlik ölkənin 41 regionundan 29-da aşkar edilib.
Azərbaycan Səhiyyə Nazirliyinin açıqlamasına görə, 2023-cü ilin aprelindən başlayaraq 300-ə yaxın qızılcaya yoluxma hadisəsi qeydə alınıb. Onlardan 35-i yaşlı insanlar olub.
Hadisələrin epidemioloji təhlili göstərir ki, yoluxmanın əsas səbəbi peyvəndlərdən yayınma hallarının olmasıdır, , Səhiyyə Nazirliyi bildirib.
Qurum epidemioloji vəziyyəti nəzərə alaraq, ölkə ərazisində orta və yaşlı əhalinin profilaktikası məqsədi ilə Qızılca-Parotit-Məxmərək peyvəndinin tətbiq olunacağını bəyan edib.

Qızılca virusu sağlam insana bulaşdıqda, insanın boğazı ilə burnunun birləşdiyi hissəyə daxil olur və bölgədəki limfa düyünlərinə çatır. Buradan qan dövranı sistemi vasitəsilə bütün bədənə yayılır. Müxtəlif orqanlarda hüceyrə sistemlərinə daxil olaraq çoxalmağa davam edir.
Xəstəliyin 15-17-ci günlərində immun sistemin reaksiyası ilə virusun yayılması dayandırılır və immun sistemi xəstəliklə mübarizəyə başlayır.
Bu ilin aprelindən bəri ölkədə 300-ə yaxın qızılcaya yoluxma hadisəsi qeydə alınıb.

Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər