Rus dilində sərbəst danışan azərbaycanlılara vətəndaşlıq verilə bilər

16:55 | 12.03.2014
Rus dilində sərbəst danışan azərbaycanlılara vətəndaşlıq verilə bilər

Rus dilində sərbəst danışan azərbaycanlılara vətəndaşlıq verilə bilər

Rusiya Dövlət Dumasına xarici ölkələrin rusdilli vətəndaşlarına Rusiya vətəndaşlığının verilməsi prosedurunun sadələşdirilməsini nəzərdə tutan Qanun layihəsi daxil olub.APA xəbər verir ki, Rusiya hökumətinin rəsmi saytının verdiyi məlumata görə, Qanun layihəsi Rusiya Federal Miqrasiya Xidməti tərəfindən hazırlanıb.Qanun layihəsində “Rusiya Federasiyası vətəndaşlığı haqqında” Qanuna dəyişikliklər yer alıb. Həmin dəyişikliklər rus dili daşıyıcıları kimi qəbul edilən xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə Rusiya vətəndaşlığının verilməsi qaydalarının sadələşdirilməsini nəzərdə tutur.Konkret olaraq rus dilində danışanlar, ailə-məişət, ictimai, mədəni və digər sahələrdə ünsiyyət üçün rus dilindən istifadə edən şəxslər bu yeniliklərdən yararlana biləcəklər. Həmin şəxslərin yaxud qohumlarının vaxtilə Rusiya imperiyası və SSRİ-yə aid ərazilərdə yaşaması, habelə hazırda vətəndaşı olduqları ölkələrin vətəndaşlığından imtina etməsi şərtdir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM