Azərbaycan əhalisinin "Azərbaycan” və "rus” sektorlarına bölünməsi problemi çoxdan mövcuddur. Məlum olduğu kimi birincilər (təbii ki, hamısı yox) ikinciləri "köklərindən" qopmuş satqınlar hesab edir, ikincilər isə öz növbəsində birinciləri vəhşi və primitiv savadsızlar hesab edirlər.
Azərbaycan əhalisinin "dil” nisbətində təhsil səviyyəsi barədə çox danışılıb, nə qədər ki, bu mövzu aktualdır, bu haqda mübahisələr gedəcək. Bu mətnin yazıldığı an FB-dostlarımdan birinin "dil” mənsubiyyəti barədə yazdığı posta gələn etiraz dolu şərhlər diqqətimi cəlb etdi.
Rus dilli əhalinin yumşaq desək, müasir ədəbiyyatla tanış olmaq şansının daha böyük olduğunu inkar etmək olmaz. Psixatriya, psixologiya, psixoanaliz sahəsində tərcümələr Azərbaycan dilində demək olar ki, 0 səviyyəsindədir. Deyl Karneginin və Freydin əsərlərinin istdadsızca tərcümələrindən başqa nəsə faydalı bir şey tapmaq müşkül məsələdir. Belə bərbad formada Freydi oxumaqdansa, oxumamaq daha yaxşıdır.
Posmodern ədəbiyyatı (məsələn, Lakan, Derrida, Delez) ingilis dilində oxumaq mümkündür, ancaq əgər ingilis dilini ana diliniz kimi bilirsinizsə. Rus dilini heç bilməyən və ingilis dilini mükəmməl bilən insanlar bizdə tək-tükdür. Rus dilinə alternativ ola biləcək türk dilinə gələndə isə, bu zaman rus dili keyfiyyətli tərcümə məsələsində bir, ədəbiyyatın əlçatanlığında isə bir neçə addım qabaqdadır. Məsələn, türkcə Lakanın tərcümə kitabları 8, rusca isə 11 ədəddir. Rusca tərcümələrinin elektron versiyalarının hamısı pulsuzdur, yüklə, oxu, Türkcə isə HAMISI pulludur.
Türkcə təhsilə orientasiya (uzmanlıq və s) hazırki situasiyada respublika üçün geriyə addımdır, çünki səhiyyə sistemimiz bütünlüklə əvvəlki qaydada işləyir.
Təhsilin ümumi səviyyəsini götürsək, nə edə bilərik ki, bizim reallığımızda rus dili daha perspektivlidir? Nəyə görə, məsələn, rus dilini bilməyən və rus dilinin humanitarlığına nifrət edən kimsə Haydeggeri oxumağı bir yana, onun Mövcudluğundan xəbərdar olmadığına görə xoşbəxtdir? Ona görə, bu, ölkəyə heç lazım da deyilmiş.
Nə etmək olar, bu müəlliflər rus dilindədir. İstənilən formatda və pulsuz, torrent kimi, üstəlik şərhlər də var, üstəlik audio, video formatda mövcuddur.
Bəs daha nə lazımdır?
Üz-gözü qırışdırmağa dəyərmi?
Sizi heç kim borş yeməyə və balalaykaya qulaq asmağa məcbur etmir. Hərçənd ola bilsin, ən qatı pantürkçülər arasında borşsevərlər var, mən buna zəmanət vermirəm.
Heyhat, azərbaycanlılar özlərinin geridəqalmışlıqlarını pulla və hər cür brendlərlə gizlətməyə öyrəşiblər, ancaq bu nə qədər çox davam etsə, o qədər pis olacaq.
Yerində saymaq və geridə qalmaq daha da aydın olacaq.
SSRİ-nin çöküşündən dörddə bir əsr keçib, Erməni Psixoanalitiklər Assosiasiyasının əsası 1993-cü ildə qoyulub, bizdə isə 2015-ci ildə cəmi 4-5 mütəxəssis var. Fərqi ölçün!
Yeri gəlmişkən, mütəxəssislərin də 90%-i rus dillilərdir. 6 il əvvəl analiz keçmək istəyən azərbaycanlılar demək olar ki, mövcud deyildi. Mən öz sahəmdən danışıram, digər sahələr barədə yek kəlmə deyə bilmərəm. Ancaq bəlkə biz bu qədər geridəqalmışlığımıza nəzər salıb prioritetlər barədə düşünək?
Bizim "psixoterapevtlərin” bir çoxu hətta təcrübədə hansı metodlardan yararlandıqlarını belə deyə bilməzlər. Onlar pasiyentlərin həyatına müdaxilə edir, onlara məsləhətlər verir, onların şəkillərini öz səhifələrinə qoyurlar. Bəli, mən bunu görmüşəm. Qərbdə bir belə səhvə görə həmin o mütəxəssisin lisensiyasını əlindən alar və məhkəmələrdə süründürərdilər.
Psixoloq canlı efirdə konsultasiya verə bilməz. Onun diaqnoz qoymaq hüququ yoxdur (bu psixatrın işidir və bu diaqnoz ciddi şəkildə gizli saxlanılır), o dərman yaza bilməz. Onun sizin yerinizə qərar vermək hüququ yoxdur, məsələn, o sizə sakitləşmək üçün dini ədəbiyyat oxumağı tövsiyyə edə bilməz (belə eksponatlar da var).
Mən belə elanlarla rastlaşmışdım: "kurslar: masajçı, psixoanalitik, psixoloq, para-psixoloq, ekstrasens”. Yeri gəlmişkən elə belə də yazmışdılar: "para-psixoloq”, yəqin ki, "biznes-məsləhətçisi”ni nəzərdə tutmuşdular.
Bütün bunlar da ona görədir ki, kifayət qədər ixtisas hazırlığı yoxdur, azərbaycanca tərcümə ədəbiyyatının olmaması da əsas faktorlardan biridir. Bizim ölkədə demək olar ki, supervayzer təcrübəsi yoxdur (həqiqətən bir neçə təşkilat istisna olmaqla), həkim-psixiatrlar da özlərini o qədər qədər ciddi hesab edirlər ki, məsləkdaşlarının köməyinə ehtiyac duymurlar. Ancaq burda dil faktoru rol oynamır, bu bizim əksər "peşəkarların” xüsusiyyətlərindən biridir, onlar həmkarından məsləhət almaqdansa, ölməyi üstün tutarlar. "Psixoloji sağlamlıq” sahəsində nə qədər çox mütəxəssis varsa, bir o qədər səviyyə yoxdur, diaqnoz onlarla maraqlanmağa başlamayınca, onlar diaqnoz qoymağa tələsmirlər.
Psixoloji sağlamlıqla bağlı disiplinin öyrənilməsi zamanı hansı dilin daha əhəmiyyətli olduğu barədəki düşüncələrimizə nöqtə vuraq. Hələlik vəziyyəti faciəvi həddə olan öz səhəmizlə məhdudlaşaq.
Təbii ki, bir dilə yox, o birisinə sahib olmaqla, insan daha ağıllı olmur. Ancaq dil insana mətnlər dünyasının qapısını açır, təkcə azərbaycan dilini bilmək bu gün üçün kifayət deyil. Rus dilini bilmək dünya ədəbiyyatına sərbəst girmək imkanı qazandırır. İngilis dili möhtəşəmdir, ancaq onu yüksək səviyyədə bilmək tələb olunur. Türk dili isə tərcümələrin keyfiyyəti və kəmiyyətinə görə ingilis və rus dilinə uduzur. Məncə, bu barədə mübahisə etməyin yeri yoxdur.
Eldar Haqverdi,
Psixoanalitik,
(Vinegret.az) ADHTM-nin psixatriya və narkologiya kafedrasının assistenti
Tərcümə: Emin
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !