"Suriya böhranının nizamlanması Rusiya və ABŞ-ın daim diqqətini tələb edir".
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Con Kerri ilə keçirdiyi görüşdə bildirib. "Bu böhranının nizamlanması yolunda Suriyaya beynəlxalq dəstək qrupunun işi kontekstində bu gün nəzərdən keçirməyimiz vacib olan məsələlər var”, - deyə Rusiya XİN başçısı söyləyib.
ABŞ-Rusiya münasibətlərindən danışan S. Lavrov C. Kerri ilə ikitərəfli münasibətlərə dair bütün məsələləri müzakirə etməyə hazır olduğunu deyib. Onun sözlərinə görə, Rusiya ABŞ-ın Ukraynadakı böhranın həllinə necə kömək edə biləcəyi məsələsini də müzakirə etmək istəyir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !