Avropa K omissiyası bəyanatın özünün fərqli formatda veriləcəyini bildirib.
Dünən Gürcüstan parlamenti "Xarici agentlər haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul edib.
Qanun layihəsinin müzakirəsi hakim "Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının deputatları ilə qanuna qarşı çıxan müxalifət partiyaları arasında etirazlar fonunda baş tutub.
Bundan əvvəl Aİ-nin 12 dövlətinin xarici işlər nazirləri mübahisəli qanunun yekun qəbulu halında Brüsseldən hansı cavab tədbirlərinin görüləcəyini qeyd etməyə çağırıblar.
Bundan əlavə, Avropa Parlamenti tövsiyə olunan cavabları sadalayan sərt bir qətnamə qəbul edib.
Bunlara şəxsi sanksiyalar, Gürcüstan və Aİ üçün vizasız rejimə yenidən baxılması, maliyyə yardımının dayandırılması və ölkənin icmaya qoşulması ilə bağlı danışıqlara başlamaqdan imtina daxildir.
N.Təbrizli
Bizi sosial şəbəkələrdə izləyin !