Moskva Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasında iştirakdan və AŞPA ilə əməkdaşlıqdan müvəqqəti imtina edib.APA-nın məlumatına görə, bunu “İzvestiya” qəzetinə açıqlamasında Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin rəhbəri Aleksey Puşkov deyib. O qeyd edib ki, Rusiyanın AŞPA ilə əməkdaşlıqdan imtinası müvəqqəti xarakter daşıyır. “Biz AŞPA-nın yay sessiyasında iştirak etməyəcəyik. Biz assambleya ilə müvəqqəti olaraq əməkdaşlığı dayandırmışıq”, - deyə o vurğulayıb. A.Puşkov bildirib ki, Rusiya nümayəndə heyətində qarşı sanksiyalar aradan qaldırılmayanədək AŞPA ilə əməkdaşlıq bərpa olunmayacaq.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !