"Təqaüd yaşına aid məsələ müzakirə olunmur. Təqaüd yaşı hazırda qaldırılmayacaq", - Olqa Qolodets deyib.
Təqaüd yaşının dəyişməz qalacağını əmək və sosial müdafiə naziri Maksim Topilin də deyib.
Hərçənd ki, bundan əvvəl Rusiyanın maliyyə naziri əks mövqedə durduğunu açıqlayıb.
Anton Siluanovun sözlərinə əsasən şirkətlərin vergi yükünü artırmamaq və təqaüd fondlarını balanslaşdırmaq üçün hakimiyyət təcili olaraq təqaüd yaşının qaldırılması məsələsini həll etməlidir.
Rusiyada qadınlar təqaüdə 55, kişilər isə 60 yaşında çıxa bilər.
Bununla belə dövlət qulluqçuları üçün təqaüd yaşı gələn ildən etibarən artırılacaq.
Rusiyada təqaüd yaşının artırılması üzrə müzakirələr artıq bir neçə ildir ki, davam edir. Bu addımı maliyyə nazirliyi təklif edir, lakin digər nazirliklər bu cür qeyri-populyar tədbirə qarşı çıxır.//bbc.com/azeri
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !