Rusiya Birləşmiş Millətlər Təşkilatına qətnamə ilə müraciət edib. Bir qədər əvvəl ölkənin xarici işlər naziri Sergey Lavrov rəsmi Moskvanın qətnaməsi barədə açıqlama vermişdi.
Qətnamədə Ukraynada hökumətlə üsyançılar arasında gedən qarşıdurmaların dərhal dayandırılması və regionda stabilliyin bərpa edilməsi üçün sülh danışıqlarının başladılmasına dair çağırış yer alır. Qətnamədə, həmçinin, döyüş bölgələrində humanitar dəhlizlərin yaradılması vacib hesab edilir. Döyüş zonalarını tərk etmək istəyən mülki vətəndaşlara belə bir imkanın yaradılması əsas götürülür.Paytaxt Moskvada çıxışı zamanı Lavrov qeyd edib ki, Ukraynanın qərb tərəfdaşları prezident seçkilərindən sonra bu ölkədə vəziyyətin yaxşılaşacağına vəd versələr də, hazırkı vəziyyət hadisələrin tam əksinə cərəyan etdiyini göstərir.//Anspress
Bizi sosial şəbəkələrdə izləyin !