ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, ötən gün Rusiyaya aid "Tu-95 Bear H" model iki döyüş təyyarəsi Manş dənizi üzərində ucuş həyata keçirib və bundan sonra Kraliyyət Hava Qüvvələrinə aid iki hərbi helikopter rus təyyarələrini müşayiət etməklə hava sahəsindən uzaqlaşdırıb.
İngiltərə Xarici İşlər Nazirliyi bununla bağlı Rusiyanın öıkəsindəki səfiri Aleksandr Yakovenkonu XİN-ə çağırıb və bu hadisənin nədən qaynaqlandığını aydınlaşdırmasını tələb edib.
Səfirliyin açıqlamasında qeyd olunub ki, rus bombardman təyyarələri İngiltərənin hava sahəsində deyil, hava sahəsinə yaxın ərazidə uçuşlar həyata keçirib.
İngiltərənin "Financial" qəzeti XİN-dəki mənbəsinə istinadən belə bir xəbər yayımlayıb ki, rus hərbi təyyarələri indiyə qədər İngiltərə hava sahəsində ən təhlükəli uçuşunu həyata keçirib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !