“Rusiya bu cür təkliflərlə ajiotaj yaradıb, yeni SSRİ qurmaq niyyətindədir” - EKSPERT

13:23 | 22.10.2015
“Rusiya bu cür təkliflərlə ajiotaj yaradıb, yeni SSRİ qurmaq niyyətindədir” - EKSPERT

“Rusiya bu cür təkliflərlə ajiotaj yaradıb, yeni SSRİ qurmaq niyyətindədir” - EKSPERT

Rusiya prezidenti Vladimir Putin MDB ölkələri arasında ticarətin vahid valyuta ilə aparılması təklifi ilə çıxış edib və Azərbaycan ölkə başçısı İlham Əliyev də bu təklifi dəstəkləyib. Qeyd edək ki, Putin bu təklifini oktyabrın 16-da Qazaxıstan Respublikasında keçirilən Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının növbəti iclasında səsləndirib.

Ölkələr arasında ticarətin milli valyutalarla aparılmasının müsbət və mənfi cəhətləri nələr ola bilər? Ola bilərmi ki, Rusiya bu təklifdən öz mənafeyinə uyğun istifadə etsin? Azərbaycan bu təklifin həyata keçirilməsi ilə razılaşacaqmı? Tək iqtisadiyyatı zəif olan ölkələr bu təkliflə razılaşacaqlar, yoxsa digər dövlətlərdə?

İqtisadçı ekspert Oqtay Haqverdiyev ANN.Az-a açıqlamasında problemli məsələni belə şərh edib: "Düşünmürəm ki, bu təklif tez bir müddətdə qərar şəkildə verilsin. Misal üçün, o vaxt  avro pul vahidi kimi irəli sürüləndən neçə illər sonra vahid pul formasında qəbul edildi. Sonra Yunanıstanda baş verən böhranı nümunə kimi deyə bilərik.  Bu böhranın əsas səbəbi onların valyutlarının  möhkəm ola bilməməsi ilə əlaqədar idi. Öz valyutaları böhrana tab gətirə bilsəydilər, indi dünyanın bir neçə ölkəsinə bu qədər borcları, kreditləri olmazdı”.

İqtisadçı daha sonra əlavə edib ki, Putinin bu təklifi ancaq danışıq olaraq qalacaq: "Ola bilsin, bu təklifi Qazaxıstan, Belarus kimi ölkələr qəbul etsin. Amma Azərbaycanın bu təkliflə razılaşacağına inanmıram. Çünki Azərbaycan öz gələcəyini düşünüb addım atacaq. Çünki bu iqtisadiyyat üçün səmərəli addım olmayada bilər. Azərbaycan prezidenti orada demədi ki, biz bu qərarı qəbul edirik. Yalnız bildirdi ki, Rusiya dövlət başçısı Vladimir Putinin fikri ilə razıyıq”.

"Ölkəmiz niyə məhz Qırğısıztanın valyutası ilə ticarət etməlidir. Belə olan halda baxılmadıldır ki, Qırğısıtan pul vahidi "Som”un dollar qarşı olan nisbəti necədir, Azərbaycan manatının dollar qarşı olan nisbəti  necə? Hər halda heç bir dövlət istəməz ki, ticarətdə qaydalara görə pul itirsin” - deyə ekpert bildirib.

Oqtay Haqverdiyev sonda qeyd edib ki, bu Putinin hazırladığı strategiya ola bilər: "Bu təkliflə çıxış edən Putin görəcək ki, danışıqlar uzun müddət çəkir. Sonda bildirəcək ki, gəlin, Rusiya valyutası olan rublla ticarət edək. İnanıram ki, Rusiyadan asılı olan ölkələrin bir çoxu bununla razılaşacaq. Rusiya bu cür təkliflər verməklə ajiotaj yaradıb, yeni SSRİ qurmaq niyyətindədir”.

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev həmin iclasda Rusiya ölkə başçısı Vladimir Putinin təklifini dəstələyərkən qeyd edib: "MDB ölkələri arasında əmtəə dövriyyəsi azalıb. Dünyada baş verən müəyyən proseslər nəzərə alınsa, burada, əlbəttə, obyektiv amil var. MDB üzvü olan ölkələrin çoxunun milli valyutaları öz dəyərini itirib. Biz hesablaşmaları dollar ilə apardığımıza görə bu, təbii ki, statistikada dərhal mənfi işarə ilə öz əksini tapır. Buna görə mən də Vladimir Vladimiroviç Putinin hesablaşmaları milli valyutalarla aparmağa keçid məsələsinin araşdırılması ideyasına qoşulmaq istərdim. Bu, bizim fəaliyyətimizlə bağlı olmayan müəyyən maliyyə risklərindən yaxa qurtarmağa, həmçinin milli valyutalarımızı möhkəmlətməyə imkan verər, iqtisadi inteqrasiya işinə daha çox kömək edərdi".

Orxan Aslanlı


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM