Rusiya BVF-də qalacaq

20:03 | 11.12.2015
Rusiya BVF-də qalacaq

Rusiya BVF-də qalacaq

Rusiya Beynəlxalq Valyuta Fondunda (BVF) qalacağını bildirir. Moskva fondun Ukrayna ilə bağlı qaydaları dəyişməsinə baxmayaraq, qurumda qalacağını bəyan edir. BVF-nin yeni qaydaları Ukraynaya imkan verir ki, Rusiyaya borcunun ödənməsini ertələsin.

"Bu, çox vacib institutdur, özəlliklə də, dünya iqtisadiyyatının hazırkı narahat durumunda”, Rusiyanın maliyyə naziri Anton Siluanov dekabrın 10-da Moskvada jurnalistlərə deyib. "Məncə fonddan çıxmağın mənası yoxdur. Biz, indiyədək olduğu kimi, bu mühüm maliyyə qurumunun əsas üzvü kimi qalacağıq”.

BVF-nin addımının Ukraynaya kömək məqsədi daşıdığı düşünülür. Ukrayna çalışır ki, Rusiya onun borclarını silsin.

BVF isə bildirib ki, hələ 2013-cü ildən bu qaydanın dəyişməsini nəzərdə tutub. /Azadliq.org

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM