Beynəlxalq Atom Energetikası Agentliyi isə Metsamor AES-in sökülməsini tövsiyyə edir.Minskdə MDB baş nazirlərinin görüşündən sonra Ermənistan baş naziri Ovik Abramyan bildirib ki, Rusiya Metsamor AES-in modernləşdirilməsi üçün 300 milyon dollar kredit ayırıb. ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bu məlumat erməni mətbuatı tərəfindən AES-in sökülməsinə pul ayrılması kimi dəyərləndirilib. Məsələ bundadır ki, Rusiya ilə Ermənistanın əvvəlki anlaşmasına görə, Moskva AES-in yeni blokunun tikintisi üçün 4-5 milyard dollar kredit verməli idi. Sonradan bu layihə təxirə salındı. Rusiya tərəfi bunu vəsait çatışmazlığı ilə izah etdi. Yəni Ermənistan AES-in indən belə daha bir neçə il işlətdikdən sonra sökülməsi qərara alındı. Son məlumatlara görə, Ermənistan hökuməti AES-i 2026-cı ilə kimi işlətməyi qərara alıb. Beynəlxalq Atom Energetikası Agentliyi isə Metsamor AES-in təhlükəli olmasını nəzərə alaraq onun sökülməsini tövsiyyə edir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !