Rusiya Ermənistanı hədələdi

18:00 | 14.04.2014
Rusiya Ermənistanı hədələdi

Rusiya Ermənistanı hədələdi

Rusiya tərəfi ona dost olan ölkələrin daxili işlərinə "bizim ağıl və ürəyimizə yad olan ideyaların yeridilməsi niyyəti güdən" istənilən müdaxilənin qarşısını alacaq. ANS PRESS-in məlumatına görə, bu barədə Rusiyanın Ermənistandakı səfiri İvan Volınkin Ermənistanda rusiyalı həmvətənlərin yeddinci forumunda çıxışı zamanı deyib. Ermənistan mətbuatı bu bəyanatı hədə kimi qəbul edib. Siyasi şərhçi Naira Ayrumyan bunu tragikomik vəziyyət kimi dəyərləndirib: “Bunu beynəlxalq hüquq və diplomatiyanın bütün normalarına zidd bir bəyanat kimi dərsliklərə salmaq lazımıdır. Belə bir açıqlamanın müəllifi diplomat olduqda bunu rəsmi bəyanat saymaq olar. Faktiki, bu o deməkdir ki, əgər Ermənistanda Rusiyaya zidd azadlıq, bərabərlik və qanunçuluq ideyaları baş qaldarırsa, Rusiya müdaxilə etmək hüququnun olduğunu iddia edəcək. Rusiya çoxdan Ermənistanın “daxili işlərinə” qarışır. Faktiki olaraq heç bir daxili iş qalmayıb - Ermənistan Rusiyanın kazarmasına və ixtisaslı işçi qüvvəsi mənbəyinə çevrilib”, - deyə politoloq vurğulayıb. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür