“Rusiya gözünü Bakı və Tiflisə dikib” - POLİTOLOQ

12:09 | 10.01.2015
“Rusiya gözünü Bakı və Tiflisə dikib” - POLİTOLOQ

“Rusiya gözünü Bakı və Tiflisə dikib” - POLİTOLOQ

"İmperiya məqsədi güdən Rusiyanın köhnə və dəyişilməz qalan bu siyasətinin arxasında yeni iddialar dayanır”.
 
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Vəfa Quluzadə son zamanlar Dağıstanla Gürcüstan arasında çəkilən Avar-Kaxetiya yolu boyunca yaşayan gürcü əhaliyə Rusiya pasportlarının paylanılmasına münasibət bildirərkən deyib.
 
Politoloq bunu Kremlin növbəti aqressiv siyasətinin bir parçası adlandırıb:
 
"Bu, Rusiyanın aqressiv siyasətinin bir nümayişidir. Rusiya başqa dövlətlərin əhalisini şirnikləndirib özünə tərəf çəkmək istəyir. Burada Rusiyanın başqa dövlətlərə düşmən siyasəti yeritməsi bir daha ortaya çıxır. Bu aqressiv siyasətin kökündə imperiya məqsədləri durur. Güdülən bu riyakar məqsədin arxasında isə Gürcüstan və Azərbaycana nəzarət etmək istəyi var. Onsuz da rəsmi Moskva İrəvanı tamamilə müstəqillikdən məhrum edib. İndi isə gözünü Tiflis və Bakıya dikib. Bu, Rusiyanın hər zamankı və müxtəlif yollarla həyata keçirməyə çalışdığı köhnə və dəyişməz siyasətidir”.
 
Xatırladaq ki, eyni proses Gürcüstanın əsasən ermənilərin yaşadığı Axalkalaki rayonunda da baş verir. Orada yaşayan erməni və gürcü əhaliyə Rusiya pasportları paylanır.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM