• $ 1.7
  • € 1.9741
  • ₽ 0.021739
  • ₺ 0.0429
  • £ 2.3146

Rusiya hökuməti erməni milli qəhrəmanı satqın elan etdi

Rusiya hökuməti erməni milli qəhrəmanı satqın elan etdi
09.05.2019 13:47
Rusiyanın Xarici İşlər Nazirliyi "Nasizmin təriflənməsi, neonasizmin yayılması və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiya və qarşılıqlı dözümsüzlüyün artmasına səbəb olan digər praktikaların vəziyyəti haqqında” bir hesabat yayımlayıb.

Hesabatda Ermənistanın keçmiş prezidentı Serj Sarqsyanın rəhbərlik etdiyi Respublika Partiyası Qaregin Njde kimi birmənalı olmayan millətçi siyasi xadimin xatirəsinin əbədiləşdirmək üçün addım atmaqda qınanılır.

Bizimyol.info xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi ermənilərin milli qəhrəman saydığı Njdeni Üçüncü Reyx ilə əməkdaşlıqda ittiham edir. O, hesabatda açıq-aşkar satqın kimi təqdim olunub.

Qaregin NjdeHesabatda deyilir: "Ermənistandakı siyasi təşkilatların arasında milliyyətçi oriyentasiya 2018-ci ilin payızında qeydə alınmış "Sasna Tsrer” partiyası ilə fərqlənə bilər. "Sasna Tsrer” ideologiyasının əsasında Ermənistan Respublikasının "cinayətkar rus-türk sövdələşməsinin məhsulu” (1921-ci il Moskva anlaşması) kimi tanınması və "yeni bir dövlətin yaradılması” üçün mübarizə dayanır. Partiyanın bəyan etdiyi məqsəd dövlətin indiki ərazisi və Dağlıq Qarabağ daxil olmaqla "yeni Ermənistan yaradılması” və milli referendum yolu ilə vətəndən kənarda yaşayan ermənilərin birləşdirilməsidir. Partiya proqramlarında "Rusiya müstəmləkəçiliyinin pozduğu” hüquqlarının bərpası məsələsini və Naxçıvan və Axuryan çayının qərb hissəsinə erməni nəzarətinin qaytarılmasını xüsusi vurğulayır”.

Partiyanın ideoloji sənədlərində qeyd olunur ki, milli azlıqlar (ruslar, assuriyalılar, kürdlər, yunanlar və başqaları) erməni cəmiyyətinə yaxşı inteqrasiya olunub və insan haqları sahəsində problem yaşamır.

Hesabatda adı çəkilən Qaregin Njde 1886-cı ildə Naxçıvan qəzasında dünyaya gəlin. Erməni milli ideologiyasının banilərindən sayılır. Bütün ömrünü "Böyük Ermənistan” ideyasına həsr edib. Üçüncü Reyxlə əməkdaşlığına görə Rusiyada da sevilmir.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycana qarşı fəaliyyətdə iştirak edən imam istefa verib
Dünya 12:12
Azərbaycana qarşı fəaliyyətdə iştirak edən imam istefa verib
Britaniyada ölüm hökmü yenidən bərpa edilə bilər
Dünya 16:17
Britaniyada ölüm hökmü yenidən bərpa edilə bilər
Paşinyan Putin  Aİİ gündəmini müzakirə ediblər
Dünya 13:52
Paşinyan Putin Aİİ gündəmini müzakirə ediblər
Aİ qeyri-rəsmi müdafiə sammiti keçirəcək
Dünya 16:36
Aİ qeyri-rəsmi müdafiə sammiti keçirəcək
Zelenski Gürcüstana qarşı sanksiyalar tətbiq edib
Dünya 13:11
Zelenski Gürcüstana qarşı sanksiyalar tətbiq edib
Avropa artıq “dünyanın mərkəzi” deyil - Borell
Dünya 15:07
Avropa artıq “dünyanın mərkəzi” deyil - Borell
Ermənistan yenə KTMT-da iştirakından imtina edib
Dünya 16:00
Ermənistan yenə KTMT-da iştirakından imtina edib
Seçkiyə getməyən nişanlısından ayrılmaq qərarı alıb
Dünya 15:11
Seçkiyə getməyən nişanlısından ayrılmaq qərarı alıb
Türkiyəli jurnalistlər İrəvana dəvət edilib
Dünya 12:23
Türkiyəli jurnalistlər İrəvana dəvət edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol