Rusiya hökuməti Roskomos və NASA arasında aparılan danışıqları dəstəkləyib

Rusiya Hökuməti Roskosmos və NASA arasında danışıqların başlanmasını və Beynəlxalq Kosmik Stansiyaya (BKS) çarpaz uçuşlar haqqında sazişə əlavənin imzalanmasını təsdiqləyib. Bu barədə Rusiya Federasiyasının rəsmi portalı məlumat yayıb.
Çarpaz uçuş müqaviləsi 2022-ci ilin yayında imzalanıb. Buna əsasən, üç rusiyalı kosmonavt BKS-ə Amerikanın "Crew Dragon” pilotlu kosmik gəmisi ilə, amerikalı kosmonavtlar isə Rusiyanın "Soyuz MS” idarə olunan kosmik gəmisində analoji uçuş həyata keçirəcək. Uçuşlar müqavilədə göstərildiyi kimi 2022-2024-cü illər ərzində həyata keçiriləcək.
İndi Roskosmos və NASA arasında razılaşma çərçivəsində BKS-ə iki missiya həyata keçirilir. 2022-ci ilin sentyabrında ruslar Sergey Prokopiev və Dmitri Petelinin, həmçinin NASA astronavtı Frank Rubionun uçduğu Rusiyanın Soyuz MS-22 kosmik gəmisi BKS-ə buraxıldı.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər